Rusiyanın Kiyevə hücumu nəticəsində 6 ölkə səfirliyinin binasına zərər dəyib

2024/12/1734701460.jpg
Oxunub: 532     17:24     20 Dekabr 2024    
Rusiyanın Kiyevi bombalaması nəticəsində bir neçə ölkənin səfirliklərinin yerləşdiyi binaya ciddi ziyan dəyib.

Ordu.az-ın “ukrinform“a istinadən xəbərinə görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy brifinq zamanı açıqlayıb:

“Söhbət Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Çernoqoriyanın səfirliklərinin yerləşdiyi tikilidən gedir. Həmin binaya ciddi ziyan dəyib. Binanın pəncərələri və şüşələri sındırılıb, tavanı isə zədələnib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin