Ordu.az xəbər verir ki, Ukrayna müharibəsi səbəbindən Almaniyanın verdiyi silahların yerinin doldurulması və Rusiya ilə NATO arasında yüksək gərginlik şəraitində ordunun gücləndirilməsi məqsədi ilə yeni silah və texnikalar sifariş ediləcək.
Almaniyanın müdafiə naziri Boris Pistorius 38 böyük layihəyə “yaşıl işıq” yandırmaq qərarını indiyə qədərki ən yüksək rəqəm kimi qiymətləndirib.
Məlumata görə, komitə “Patriot” raketdən müdafiə sistemlərinin və raket mərmilərinin alınmasını, həmçinin kiber sektorun maliyyələşdirilməsini də təsdiqləyib.
Pistorius təsdiqlərin bəzilərinin Almaniyanın “Thyssenkrupp Group” şirkəti tərəfindən inşa ediləcək və çatdırılması 7-8 il çəkəcək sualtı qayıqlar kimi uzunmüddətli layihələr üçün olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az