ROKETSAN “Pusu” sistemi Suriyada ilk dəfə sahədə görüntülənib - VİDEO

2024/12/1734682146.jpg
Oxunub: 670     12:08     20 Dekabr 2024    
ROKETSAN “Pusu” sistemi Suriyada ilk dəfə sahədə görüntülənib.

Ordu.az xəbər verir ki, yük maşınının üzərinə 4 ədədə qədər “Cirit” lazerlə idarə olunan raketini atmağa qadir olan “Pusu” yerləşdirilib.

ROKETSAN tərəfindən yerli və milli olaraq inkişaf etdirilən “Pusu” silah sistemi oktyabr ayında rəsmi olaraq təqdim edilib. 4 ədədə qədər “Cirit” lazerlə idarə olunan raketini atmağa qadir olan “Pusu” pikapda yerləşdirilməsi ilə diqqət çəkir.

“Pusu” vasitəsi arxada 4 atışa hazır 8 kilometrlik “Cirit” lazer idarə olunan raketləri daşıya, öndə isə “Karakurt” elektro-optik sistemi ilə “Cirit” raketlərini buraxa bilir.

“Cirit” raketləri 8 kilometr mənzilə malik elektro-optik sistemlər vasitəsilə hədəflərə dəqiq istiqamətləndirilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Pusu   Suriya  


Bizi "telegram"da izləyin