Yunanıstan müdafiə naziri ABŞ-nin LCS təklifinə qarşı çıxıb

2024/12/1734679164.jpg
Oxunub: 602     17:48     21 Dekabr 2024    
Yunanıstanın müdafiə naziri Nikos Dendias Yunanıstan parlamentindəki çıxışında ABŞ-nin “Littoral Combat Ships” (LCS) tədarükü ilə bağlı təklifini rədd etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Dendias ABŞ dövlət katibi Entoni Blinkenin Yunanıstana verilməsi planlaşdırılan bəzi silah sistemləri, nəqliyyat vasitələri və döyüş gəmilərinə dair yazdığı məktubla bağlı Yunanıstan parlamentində tənqidlərini bildirib.

Yunanıstan parlamentində 2025-ci Maliyyə İli Büdcə Layihəsi ilə bağlı çıxışında Dendias Blinkenin məktubu ilə bağlı narahatlığını çatdırıb və ABŞ ilə edilən razılaşmalara da toxunub.

Dendias ABŞ ilə imzalanan hərbi müqavilələrin Yunanıstan üçün əhəmiyyətini vurğulasa da, Blinkenin məktubunda qeyd olunan məsələlərin Yunanıstan hökuməti və Baş nazir tərəfindən yerinə yetirilmədiyini bildirib.

Yunanıstanlı nazir xüsusilə ABŞ-nin təklif etdiyi LCS sinfinə məxsus gəmilərin uyğun olmadığını və bu gəmilərin hərəkət sistemlərindəki problemləri düzəltmədən Yunanıstana verilməsinin qəbuledilməz olduğunu bildirib.

Nazir “Xeyr, min dəfə xeyr” deyərək, bu məsələdə konkret mövqe sərgiləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ   LCS  


Bizi "telegram"da izləyin