ABŞ Dövlət Departamentinin rəsmiləri Dəməşqə gedib

2024/10/1727844403.jpg
Oxunub: 414     10:14     20 Dekabr 2024    
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri Suriyanın yeni hakimiyyəti ilə müzakirələr aparmaq üçün Dəməşqə səfər edib.

Ordu.az xəbər verir ki, “The New York Times“ nəşri həmin şəxslərin dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, prezidentin girovların məsələsi ilə məşğul olan xüsusi nümayəndəsi Rocer Karstens və Suriya problemi üzrə xüsusi nümayəndə Daniel Rubinşteyn olduğu barədə yazıb.

Onların həmçinin Suriyada itkin düşən jurnalist Ostin Taysın axtarış prosesi ilə maraqlanacağı, eləcə də “Heyət Təhrir Əş-Şam” təmsilçiləri ilə görüşəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin