KİV: Aİ Ukraynaya sülhməramlıları "NATO bayrağı altında" göndərməyəcək

2018/07/us-marines-in-afghanistan-759_1531460954.jpg
Oxunub: 399     07:58     20 Dekabr 2024    
Avropa İttifaqına üzv ölkələr “NATO bayrağı altında” Ukraynaya sülhməramlılar göndərməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post“ qəzeti yazıb.

Nəşrin yazdığına görə, qüvvələrin NATO bayrağı altında birləşdirilməsi üçün alyansın bütün üzvlərinin razılığı lazımdır.

Üstəlik, bu, Rusiya üçün qəbuledilməz variant olardı.

Qeyd olunur ki, atəşkəs razılaşması əldə olunacağı təqdirdə qoşunların Ukraynada yerləşdirilməsi ideyası artıq müzakirə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin