ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib

2024/12/1734677884.jpg
Oxunub: 359     02:48     20 Dekabr 2024    
ABŞ İranla əlaqəyə görə 9 şirkəti və eynisayda neft tankerinə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

Sözügedən şirkətlər İranın neft və neft-kimya məhsullarının ticarəti ilə məşğul olub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu ticarətdən əldə olunan gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin yayılmasına dəstək verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Sanksiya  


Bizi "telegram"da izləyin