İsrail Suriyada Malta böyüklüyündə ərazini nəzarət altına alıb

2024/12/1734599909.jpg
Oxunub: 646     12:27     20 Dekabr 2024    
Əsəd rejiminin süqutundan sonra İsrail ordusu Suriyada bir ölkə qədər ərazini nəzarət altına alıb.

Ordu.az xəbər verir ki, nəzarətini 380 kvadrat kilometrə çatdıran İsrail Maltadan daha böyük bir torpaq sahəsi əldə edib.

Maltanın 316 kvadrat kilometr, Maldiv adalarının isə 300 kvadrat kilometr ərazisi var.

22 min kvadrat kilometr ərazisi olan İsrail ələ keçirdiyi ərazi ilə ölkəsini 1,6 faiz genişləndirib.

İsrail Dəməşqin 20 kilometrliyinə yaxınlaşarkən, terror ünsürlərinin qarşısını almaq məqsədilə başlatdığı əməliyyatı qalıcı və daha geniş şəkildə həyata keçirir.

İsrail ordusu öz sərhədindən 10 kilometr içəri daxil olub və ölkə 51 ildən sonra ilk dəfə ərazisini genişləndirmək imkanı əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin