Ordu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri hazırda kəşfiyyat PUA-larından, hücum PUA-larından və FPV tipli kamikadze sistemlərindən istifadə edir, ayın sonuna kimi daha 100 min PUA qəbul etməyi planlaşdırır.
Moskva ilə Kiyev arasında qarşıdurma başlayandan etibarən PUA-lar Ukrayna Silahlı Qüvvələri üçün mühüm aktivə çevrilib.
Kiyevin döyüş bölmələri bu il Dövlət Xüsusi Rabitə Xidmətinin xətti ilə 1,1 milyon FPV tipli kamikadze PUA-sı alıb.
Ölkədə, həmçinin 12 000-dən çoxu gecə missiyaları üçün nəzərdə tutulmuş 40 000 çoxmühərrikli kəşfiyyat PUA-sı və “Shark”, GOR, “Furia” kimi 5 000 sabit qanadlı kəşfiyyat PUA-sı var.
Ukraynanın arsenalında “An-196 Feb” və “Firepoint” kimi sistemlər də daxil olmaqla, 6000-dən çox uzun mənzilli hücum PUA-sı var.
Bundan əlavə, orduda “Nemesis”, “Bat” və “Vampire” daxil olmaqla, 2000 təkrar istifadə edilə bilən zərbə PUA-sı və 5000 təkrar istifadə edilə bilən FPV tipli kvadrakopter var.
Sevinc Əliyeva
Ordu.az