Rusiya Suriyada hakimiyyəti ələ keçirən “Həyət Təhrir əş-Şam”la əlaqə yaradıb

2024/09/1725956839.jpg
Oxunub: 456     22:59     12 Dekabr 2024    
Rusiya “Həyət Təhrir əş-Şam”ın siyasi komitəsi ilə əlaqə qurub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Qeyd olunur ki, qruplaşma faktiki olaraq Suriyada ölkə prezidenti Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlib.

Hazırda komitə üzvləri Dəməşqdə otellərin birində işləyirlər. Orada Rusiyanın Suriyadakı səfirliyinin nümayəndələri ilə də görüş keçiriblər.

Boqdanovun sözlərinə görə, görüş zamanı diplomatik nümayəndəliyin və ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxılıb.

Rusiya xarici işlər nazirinin müavini ölkədəki vəziyyətə cavabdeh olan qüvvələrin verdiyi bütün vədlərin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin