BMT Baş katibi İsrailə Suriya ilə bağlı çağırış edib

2024/11/1731488872.jpg
Oxunub: 458     23:17     12 Dekabr 2024    
BMT Baş katibi Antonio Quterreş İsrailə Suriya ilə bağlı çağırış edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, İsrailin Suriyanın fərqli bölgələrinə hava hücumundan narahatlığını ifadə edib.

Baş katib İsraili hücuma son qoymağa çağırıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Suriya ərazisinə zərbələr endirməsinə dair məlumat yayılmışdı.

Bundan əvvəl İsrailin “Qaley İDF” radiosu məlumat yayıb ki, Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirmək imkanı açılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   İsrail   Suriya  


Bizi "telegram"da izləyin