Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin birinci müavini, menecment və resurslar məsələlərini kurasiya edən Riçard Verma bildirib.
“Ukraynalı fermerlər və ərzaq malları istehsalçılarının Ukraynanın iqtisadiyyatının bərpasında daha çox rol oynaya bilməsi məqədilə Ukraynanın ixracyönümlü kənd təsərrüfatına dəstək üçün əlavə 74,7 milyon dollar ayırırıq”, - diplomat deyib.
Onun sözlərinə görə, Vaşinqton həmçinin Ukraynada nəqliyyat infrastrukturunun və logistikasının bərpası üçün 223 milyon dollardan çox əlavə dəstək verəcək.
Ordu.az