Tramp Yaxın Şərq məsələsini Rusiya-Ukrayna münaqişəsindən daha asan adlandırıb

2024/11/1732684080.jpg
Oxunub: 443     18:04     12 Dekabr 2024    
“Yaxın Şərqdəki münaqişənin həlli Rusiya-Ukrayna məsələsindən daha asandır”.

Ordu.az-ın məlumatına görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsi zamanı bu barədə danışıb.

Bununla belə Tramp bu məsələnin də nizamlanacağını bildirib:

“Oktyabrın 7-də Yaxın Şərqdə baş verənlər təkcə İsraildən ötrü yox, dünya üçün də çox dəhşətli idi. Bizim sizinlə söhbət etdiyimiz bu vaxt çərçivəsində həmin regionda hadisələr çox sürətlə inkişaf edir. Mən düşünürəm ki, Yaxın Şərq ilə bağlı məsələlər həll olunacaq. Həmin bölgədə vəziyyət mürəkkəb olsa da, onun nizamlanması daha asandır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin