Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, İ. Kalın Dəməşqdə yerləşən Əməvi məscidində namaz qılıb.
***
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.
Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.
Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ordu.az