Ordu.az xəbər verir ki, müvafiq inkişafı CNN-ə danışan, məsələyə yaxın olan bir çox rəsmi də təsdiqləyib.
Bu kontekstdə rəsmilər “SDF” qüvvələrinin PUA-nın Türkiyəyə aid olduğunu düşünərək, təhlükə yaratdığına inandıqları üçün vurduqlarını bildiriblər.
Müxalif qüvvələrin 2024-cü il noyabrın 27-də başlatdığı hücum nəticəsində Bəşər Əsəd rejiminin hakimiyyəti sona çatıb. Bu çərçivədə qarşıdurmalar nəticəsində müxalif qüvvələr Hələb, Həma və Xümsü ələ keçiriblər.
2024-cü il dekabrın 8-də diktator Əsəd Rusiyaya qaçıb və Dəməşq münaqişəsiz müxalifətin nəzarətinə keçib. Bununla belə, Suriyanın şimalındakı bəzi bölgələr hazırda terror təşkilatı YPG/PKK-nın nəzarətindədir.
Sevinc Əliyeva
Ordu.az