Çexiya HHM 2025-ci ildə Slovakiyanın hava məkanını qoruyacaq

2024/12/1733979036.jpg
Oxunub: 364     03:44     12 Dekabr 2024    
Çexiya Hərbi Hava Qüvvələri 2022-ci ildə başlayan Slovakiyanın hava məkanını qorumaq missiyasını 2025-ci ildə davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Dennikn” xəbər portalı məlumat yayıb.

Slovakiya 2022-ci il fevralın 24-dən qısa müddət sonra Ukraynaya MiQ-29 qırıcılarından ibarət eskadrilyasını bağışlayıb.

İndi respublikada cəmi iki Amerika F-16 qırıcısı var, lakin Bratislavanın bildirdiyinə görə, bu, ölkənin hava məkanının mühafizəsinin təşkili üçün kifayət deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   HHM   Slovakiya  


Bizi "telegram"da izləyin