Ordu.az xəbər verir ki, bunlardan biri də Ukrayna hərbi qulluqçularının Rusiya Pilotsuz Uçuş Aparatlarını (PUA) vurmaq üçün Türkiyə istehsalı olan “Escort” BTS 12 tüfənglərindən istifadə etməsidir.
Müasir döyüş mühitində böyük əhəmiyyət kəsb edən PUA-lar ciddi zərər verə bilsə də, onlara qarşı sərfəli müdafiə həlləri də axtarılır. Bu çərçivədə Ukrayna hərbi qulluqçuları Rusiya PUA-larına qarşı həll yolunu Türkiyə istehsalı olan tüfənglərdə tapıb.
Türkiyənin “Hatsan” Silah Şirkəti tərəfindən istehsal edilən və ilkin olaraq ov üçün nəzərdə tutulan “Escort” BTS 12 yarımavtomatik ov tüfəngi Ukrayna hərbi qulluqçuları tərəfindən PUA-ları məhv etmək üçün fəal şəkildə istifadə olunur. 12 çaplı, qazla işləyən və daraqla qidalanan BTS 12 dəqiqədə 10 atış edə bilir.
2, 5 və ya 10 mərmi tutumlu daraqlarla mövcud olan silah 120 metr məsafədəki hədəflərə təsir göstərə bilər. Bu, BTS 12-ni aşağı hündürlükdə PUA-lardan müdafiədə mühüm alət edir.
Sevinc Əliyeva
Ordu.az