Fransa “Caesar” haubitsa istehsalını ikiqat artırır

2024/12/1733897829.jpg
Oxunub: 368     13:16     12 Dekabr 2024    
Fransa Ukraynaya tədarükləri daha bir il sürətləndirmək üçün “Caesar” haubitsa istehsalını iki dəfə artırır.

Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi bu yaxınlarda Ukrayna Müdafiə Qüvvələrinə silah-sursat tədarükü üçün əlavə vəsaitin ayrılması ilə bağlı bəyanat yayıb və Fransa istehsalı olan “Caesar” özüyeriyən haubitsalarının Ukrayna qüvvələrinə çatdırılmasını sürətləndirməyi öhdəsinə götürüb.

Nazirlik yeni dərc olunmuş bəyanatında qeyd edib ki, Fransa istehsalı olan “Caesar” özüyeriyən haubitsalarının Ukraynaya çatdırılması qrafiki uzadılıb.

Məlumata görə, ilkin olaraq 2026-cı ildə təhvil verilməsi planlaşdırılan 155 mm-lik haubitsalar artıq gələn ilin əvvəlində tədarük ediləcək.

İstehsalçı KNDS tərəfindən Ukrayna üçün istehsal olunan əlavə “Caesar” özüyeriyən haubitsalarının alınmasına dair müqavilələr bu ilin martında bağlanıb.

Bu inkişaf Fransanın “Caesar” haubitsalarının istehsal dövrünü 30 aydan 15 aya endirməsi və bu sistemlərin istehsal sürətinin artırılması ilə birbaşa əlaqəli görünür.

Bu ilin yazından etibarən Fransa ayda 6 “Caesar” özüyeriyən haubitsa istehsal edirdi, noyabrda isə ölkənin Müdafiə Nazirliyi istehsalın ayda 12 ədədə qədər artdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Caesar  


Bizi "telegram"da izləyin