ABŞ-nin yeni nəsil müşahidə və kəşfiyyat platforması “Rapcon-X”in ilk uçuşu uğurla həyata keçirilib

2024/12/2024--1733897543.jpg
Oxunub: 564     19:11     11 Dekabr 2024    
“Sierra Nevada Corporation” (SNC) ABŞ-nin yeni nəsil müşahidə və kəşfiyyat platforması olan “Rapcon-X”in ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, SNC tərəfindən verilən açıqlamada hava kəşfiyyatı, müşahidə və aşkarlama (ISR) platforması “Rapcon-X”in noyabr ayında ilk uçuşunu uğurla başa vurduğu bildirilib.

Bu mühüm addım təyyarənin əməliyyat göstəricilərini və texnoloji imkanlarını yoxlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, ilk uçuş platformanın həm kommersiya, həm də hərbi istifadəyə hazır olduğunu sübut edib.

SNC tərəfindən hazırlanmış “Rapcon-X” yüksək texnologiyalı müşahidə və kəşfiyyat təyyarəsidir. Bu təyyarə modul dizaynı sayəsində müxtəlif missiyalar üçün tez uyğunlaşdırıla və fərdiləşdirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SNC   ABŞ   Rapcon-X  


Bizi "telegram"da izləyin