Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaq

2024/12/1733896467.jpg
Oxunub: 436     09:49     11 Dekabr 2024    
Suriya üçün yeni konstitusiya altı ay ərzində hazırlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazır.

“Konstitusiya ilk 6 ay ərzində hazırlanacaq. Daha sonra bu konstitusiya referenduma çıxarılacaq. Bu müddət ərzində əhalinin siyahıyaalınması aparılacaq, seçici siyahıları yeniləcək”, - məlumatda qeyd edilib.

Bildirilib ki, konstitusiyaya uyğun olaraq yeni siyasi partiyalar yaradılacaq. Bundan sonra seçkilər BMT-nin nəzarəti altında keçiriləcək. İdarə seçkidə uğur qazanan partiyaya keçəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Konstitusiya  


Bizi "telegram"da izləyin