Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Agentliyin ABŞ rəsmilərinin sözlərinə istinadən yaydığı məlumata görə, Bayden administrasiyası Suriya prezidenti Bəşər Əsədin devrilməsində böyük rol oynamış HTŞ-ni avtomatik olaraq ölkə rəhbərliyini ələ almağa deyil, əksinə, keçid hökumətinin formalaşdırılması üçün əhatəli prosesə başlamağa çağırıb.
Mənbələr ABŞ tərəfinin qruplaşmaya birbaşamı, yoxsa üçüncü tərəf vasitəsilə mesaj göndərdiyinə aydınlıq gətirməkdən imtina ediblər.
Ordu.az