Müxalifət xaricdəki suriyalıları vətənə qayıtmağa çağırır

2024/12/1733893791.jpg
Oxunub: 393     05:28     11 Dekabr 2024    
Bəşər Əsədin prezidentlikdən getməsindən sonra hakimiyyətə gələn Suriya müxalifəti xaricdə olan suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırır.

Ordu.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin siyasi idarəsinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb.

“Biz xaricdəki suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırırıq”, – o bildirib.

Rəsminin sözlərinə görə, “qarşıdakı dövrdə Suriya bütün xalqının səylərinə ehtiyac duyacaq”.

Xatırladaq ki, daha əvvəl ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin formalaşdırıldığını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əsəd  


Bizi "telegram"da izləyin