Suriya müxalifəti Deyr əz-Zor şəhərinə tam nəzarəti ələ keçirib

2024/12/1733893334.jpg
Oxunub: 434     03:23     11 Dekabr 2024    
Suriyadakı silahlı müxalifət ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərini, o cümlədən onun ətrafında yerləşən Suriya Hərbi Hava Qüvvələrinin aerodromunu tamamilə nəzarətə götürüb.

Ordu.az xəbər verir ki, bu barədə müxalif qüvvələrin Hərbi Əməliyyatlar İdarəsi “Telegram” kanalında məlumat yayıb.

“Deyr əz-Zorun şərq və qərb ətrafının azad edilməsindən və rejim qüvvələrinin və İran silahlılarının oradan qaçmasından sonra biz Deyr əz-Zor şəhərinin və onun aerodromunun tamamilə azad edildiyini elan edirik”, - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Deyrəz-Zor  


Bizi "telegram"da izləyin