Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun nəzdindəki hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bəyanatda Kiyevin Vaşinqtondan döyüş təyyarələri, proqram təminatı və ehtiyat hissələri, o cümlədən F-16 mühərrikləri üçün idarəetmə sistemlərinin alınmasına icazə istədiyi bildirilib.
Bundan əlavə, Ukrayna hakimiyyət orqanları müxtəlif təyyarələrə texniki qulluq tələb edib.
ABŞ tərəfi hesab edir ki, saziş Ukraynanın cari və gələcək təhdidlərə cavab vermək imkanlarını genişləndirəcək.
Ordu.az