Ukraynada AEBA-nın avtomobilinə PUA ilə hücum olub - VİDEO

2024/12/1733892374.jpg
Oxunub: 522     23:16     10 Dekabr 2024    
Bu gün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) rotasiyası zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) avtomobilinə hücum olub.

Ordu.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Qeyd olunub ki, nəqliyyat vasitəsi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Avtomobil zədələnsə də, onun içində olanlar xəsarət almayıblar.

Məlumata görə, hadisə cəbhə xəttindən təqribən 8 kilometr aralıda Ukraynanın nəzarətində olan ərazilər daxilində baş verib.

Qurumun Baş direktoru Rafael Qrossi hadisəni pislədiyini bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   AEBA  


Bizi "telegram"da izləyin