Putin: "Oreşnik"lərdən qrup şəklində istifadə olunarsa, nüvə silahına ehtiyac qalmaz"

2024/12/1733843608.jpg
Oxunub: 615     18:25     10 Dekabr 2024    
Rusiya nüvə doktrinasını sərtləşdirmir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya nüvə doktrinasını təkmilləşdirir.

Putin qeyd edib ki, indi "Oreşnik" raketlərini təkmilləşdirmək lazımdır: “Biz indi nüvə doktrinasını deyil, “Oreşnik”i təkmilləşdirməliyik".

Rusiya Prezidenti vurğulayıb ki, "Oreşnik"in qrup şəklində istifadəsi nüvə silahından istifadə etməyə ehtiyac qalmayacağına gətirib çıxaracaq: "Kifayət qədər miqdarda" "Oreşnik" əslində nüvə silahından istifadə ehtiyacını aradan qaldırır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Oreşnik  


Bizi "telegram"da izləyin