Suriyada müvəqqəti hökumət martın 1-nə qədər yaradılacaq

2024/12/1733836002.jpg
Oxunub: 459     16:59     10 Dekabr 2024    
Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hökumət  


Bizi "telegram"da izləyin