Türkiyə Prezidenti: "İŞİD və PYD kimi terror təşkilatlarının ən qısa zamanda başı əziləcək"

2024/11/1730883730.jpg
Oxunub: 522     16:03     10 Dekabr 2024    
“İŞİD və PYD kimi terror təşkilatlarının ən qısa zamanda başı əziləcək”.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıkışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək: “Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların - red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni atəşə sürüklənməsinə tamaşa etməyəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD   PYD  


Bizi "telegram"da izləyin