İsrail Suriyada kimə qarşı mübarizə aparacaq?

2024/12/1733824837.jpg
Oxunub: 798     17:44     10 Dekabr 2024    
Dekabrın 8-də İsrailin Baş naziri Benyamin Netanyahu Colan təpələrinə səfər edib. Suriya qoşunları həmin ərazidə 1974-cü il müqaviləsi ilə yaradılmış bufer zonanı tərk ediblər. Burada İsrail ordusunun xüsusi təyinatlı və desant bölmələri, eləcə də ağır zirehli texnikalar yerləşdirilib.

İsrailin Baş naziri atılan addımları “özünümüdafiə və müvəqqəti” adlandırıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi daha birbaşa danışıb. Onun qiymətləndirməsinə görə, Suriyada radikallar hakimiyyətə gəliblər, üstəlik, onlar vahid deyillər, müxtəlif qrupların hər birinin öz ideyaları var.

Halevi “Colan” hərbi birləşməsinin yeni çağırışçıları ilə görüşdə deyib ki, dekabrın 8-dən İsrailin artıq dörd cəbhəsi var: Qəzza, Livanın cənubu, İudeya və Samariya, “indi isə tezliklə döyüşəcəyiniz Suriya”. Netanyahu bildirib ki, İsrail “sərhədləri yaxınlığında heç bir düşmən qrupun olmasına dözməyəcək”.

Halevi İran və “Hizbullah”ın Suriyanı tərk etdiyini qeyd edib. Bu məntiqə görə, “Colan” hərbi birləşməsinin yeni çağırışçıları həqiqətən də Suriyada döyüşməli olsalar, hansı rəqiblə döyüşəcəklər, söhbət artıq iqtidar olmuş silahlı qruplaşmalardan gedir, yoxsa İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi başqa bir rəqibi nəzərdə tutub? Əslində sual budur ki, Bəşər Əsədin diktaturasını hansı administrasiya əvəz edəcək?

Əgər İsrail Suriyada da uzunmüddətli müharibəyə hazırlaşırsa, deməli Yerusəlimdə oturan şəxslər Dəməşqdə “radikal hökumət”in qurulacağı inkişafına meyllidirlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin