Ordu.az xəbər verir ki, “General Dynamics European Land Systems” (GDELS) ilə Danimarka Müdafiə Nazirliyinin Satınalma və Logistika Təşkilatı (DALO) arasında imzalanan müqavilə dəyişikliyi ilə Danimarka HHM imkanlarını gücləndirmək istiqamətində bir addım atıb.
Bu yaxınlarda elan edilmiş müqavilə ölkənin ilk “Skyranger 30” atış bölmələrinin hazırlanması və istehsalını əhatə edir.
Hər bir atış bölməsinin komponentləri köhnə adı “Rheinmetall Air Defence AG” olan “Oerlikon” tərəfindən istehsal edilən “Skyranger 30” qülləsi ilə inteqrasiya olunmuş “Piranha” 8×8 təkərli zirehli döyüş vasitəsindən və qabaqcıl HHM komanda-idarəetmə sistemindən ibarətdir.
Bu kontekstdə sözügedən sistem kompleksi hərbi birlikləri, komanda məntəqələrini və döyüş əməliyyatlarını hava təhdidlərindən, o cümlədən təyyarə, helikopter və pilotsuz uçuş aparatlarından qorumaq üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az