Cənubi Koreyada hərbi vəziyyət elan edilib

2024/12/1733233885.jpg
Oxunub: 553     17:42     03 Dekabr 2024    
Cənubi Koreyada hərbi vəziyyət elan edilib.

Ordu.az-ın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin