Kreml Qərbdə Kiyevə nüvə silahının verilməsi çağırışlarına münasibət bildirib

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 452     13:42     26 Noyabr 2024    
Nüvə silahının Kiyevə ötürülməsi ideyası son dərəcə ekstremist bəyanatdır.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qərbdə Kiyevə nüvə silahının verilməsi çağırışlarına münasibət bildirərkən deyib.

O, nüvə silahının Kiyevə ötürülməsinin mümkünlüyü ilə bağlı təkliflərin anonim şəkildə edildiyinə diqqət çəkib.

Kremlin sözçüsü vurğulayıb ki, hakimiyyətdən getmək üzrə olan Bayden administrasiyası Ukraynada eskalasiya yolu ilə gedir və bu narahatlıq doğurur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Qərb   Kiyev  


Bizi "telegram"da izləyin