Ordu.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte TUSAŞ-da olub və Türkiyənin müdafiə sənayesi imkanları haqqında ətraflı məlumat alıb.
Səfər çərçivəsində Rutte Türkiyə şəhidlərinin xatirəsinə ehtiram kitabını imzalayaraq, öz ehtiramını nümayiş etdirib.
Görüşdə Türkiyənin NATO-dakı strateji rolu və müdafiə sənayesindəki mühəndislik nailiyyətləri müzakirə edilib.
Türkiyə mühəndisliyinin inkişafını və yerli platformaların səriştəsini yaxından izləmək imkanı qazanan Rutte Milli Döyüş Təyyarəsi “Kaan”, “Hürjet”, “Aksungur”, “Anka” və digər yerli platformaları araşdırıb.
Səfərin mühüm diplomatik görüş olduğunu bildirən rəsmilər bu təmasların regional sülhə və müdafiə sənayesinin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Ruttenin TUSAŞ-a səfəri Türkiyə ilə NATO arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından kritik əhəmiyyət kəsb edir.
Nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi obyektlərində hərtərəfli yoxlamalardan sonra ölkənin texnoloji və mühəndis infrastrukturunun inkişafının şahidi olub.
Sevinc Əliyeva
Ordu.az