Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatında qeyd olunub.
Məlumatda F-35C “Lightning II” döyüş təyyarələrinin “Marine Fighter Attack Squadron (VMFA) 314” tərəfindən idarə olunan USS “Abraham Lincoln” (CVN 72) aviadaşıyıcı gəmisindən ilk döyüş hava hücumunu həyata keçirdiyi açıqlanıb.

Bu çərçivədə 9-10 noyabr tarixlərində həyata keçirilən hücumlarda Yəməndə İranın dəstəklədiyi Husi qüvvələrinin hədəf alındığı bildirilib.
“Nimitz” sinfinə məxsus aviadaşıyıcı gəminin göyərtəsində “Carrier Air Wing (CVW) 9”un bir hissəsi olaraq fəaliyyət göstərən VMFA-314 husilərin nəzarətində olan ərazilərdə yerləşən silah anbarlarına dəqiq hücumlar həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az