“Eurofighter Typhoon” ilə bağlı F-16-ya bənzər bir proses var” - Hakan Fidan

2024/11/1732603735.jpg
Oxunub: 375     11:13     26 Noyabr 2024    
Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsi üçün satınalma prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Fidan “Eurofighter Typhoon” ilə bağlı F-16-ya bənzər bir proses olduğunu deyib.

“Eurofighter Typhoon” ilə bağlı F-16-ya bənzər bir proses var. Əvvəlcə avropalılarla siyasi iradənin ayrılmasına diqqət yetirdik, indi bizim Milli Müdafiə Nazirliyimizlə texniki sahələr müzakirə olunur, amma orada sifariş mərhələsinə gəlməmişik”, - deyə o qeyd edib.

Türkiyənin “Eurofighter” Konsorsiumunun üzvü olan Britaniyanın “BAE Systems” şirkəti ilə “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar apardığı məlum olub.

Digər konsorsium üzvləri İspaniya və İtaliya da Türkiyəyə satışa razılıq versə də, Almaniyanın birtərəfli etirazı ilə proses dalana dirənib. Nəhayət, Almaniya da satışı təsdiqləmək üçün siqnallar verməyə başlayıb.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün 20+20 olmaqla, ümumilikdə 40 ədəd “Eurofighter Typhoon” almağı planlaşdırır. Türkiyənin alacağı “Typhoon” təyyarəsi son nəsil, yəni “Tranche 4” konfiqurasiyasında olacaq. Bu konfiqurasiya qabaqcıl avioniklərə, xüsusən də AESA radarına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter-Typhoon   F-16  


Bizi "telegram"da izləyin