Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 50-dən çox şəxs saxlanılıb

2024/11/1732602971.jpg
Oxunub: 3479     10:21     26 Noyabr 2024    
Türkiyə xüsusi xidmət orqanları "İslam Dövləti" terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

"18 vilayətdə İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb. Prokurorluq tərəfindən saxlanılanlarla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib. Digər əməliyyatlar davam edir", - o bildirib.

Qeyd edək ki, il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxs saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin