Yaponiyada “Epsilon S” raketinin mühərrikinin sınağı zamanı yanğın baş verib

2024/11/1732597988.jpg
Oxunub: 436     07:21     26 Noyabr 2024    
Yaponiyanın “Epsilon S” raketinin mühərrikinin sınağı zamanı yanğın olub.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası (NHK) məlumat yayıb.

Məlumata görə, hadisə Taneqasima kosmodromunda (Kaqosima prefekturası) baş verib.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir, kosmodromda quraşdırılmış kameranın görüntülərində tüstü görünür.

“Epsilon” seriyalı bərk yanacaqlı üç mərhələli raket Yaponiya Aerokosmik Agentliyi (JAXA) tərəfindən ölkənin IHI aviasiya korporasiyası ilə birlikdə hazırlanıb.

Yaponiya 2013-cü ildən bəri kiçik peyklər buraxmaq üçün bu cür raketlərdən istifadə edir, “Epsilon S” onun son modifikasiyasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Epsilon-S  


Bizi "telegram"da izləyin