İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib

2024/11/1732597274.jpg
Oxunub: 461     23:39     25 Noyabr 2024    
İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın İcra Şurasının 25 obyektinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zərbələr Nəbatiyyə, Baalbek, Bekaa vadisi, həmçinin Beyrutun ətrafı və Dahiya ətrafına endirilib. Vurulan obyektlər arasında “Hizbullah” komandirləri və döyüşçülərinin yerləşdiyi komanda mərkəzləri, nəzarət və kəşfiyyat məlumatlarının toplanma məntəqələri olub.

Ordunun məlumatına görə, “Hizbullah”ın İcra Şurası təşkilatın hərbi potensialının bərpasında və əməliyyatlarının koordinasiyasında əsas rol oynayır. Bundan əlavə, o, terror fəaliyyətlərini dəstəkləmək üçün Livanın səhiyyə və təhsil sistemlərindən istifadə edir.

Bu zərbələrin “Hizbullah”ın hərbi infrastrukturunu zəiflətmək və təşkilatdan gələcək təhdidlərin qarşısını almaq məqsədi daşıdığı vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   Hizbullah  


Bizi "telegram"da izləyin