Ərdoğan: “Akkuyu” AES Türkiyənin enerji ehtiyacının 10%-ni ödəyəcək”

2024/11/1732557443.jpg
Oxunub: 632     21:53     25 Noyabr 2024    
Türkiyə enerji müstəqilliyi hədəfinə doğru irəliləyir.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlardan biri ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək “Akkuyu” AES-in istifadəyə verilməsi olacaq.

“70 illik arzumuz olan nüvə enerjisinə keçid layihəsini “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi sayəsində həyata keçiririk”, - Ərdoğan qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Akkuyu   AES  


Bizi "telegram"da izləyin