Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb

2024/11/1732546988.jpg
Oxunub: 659     18:27     25 Noyabr 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin “X” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Qeyd edək ki, bundan əvvəl Mark Rutteni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Baş katibin Türkiyəyə səfərinin əsas məqsədi Şərqi Avropa və Yaxın Şərqdəki durumu müzakirə etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Rutte  


Bizi "telegram"da izləyin