Ərdoğan Rutte ilə Ukraynadakı müharibəni və Qəzzadakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

2024/11/1732538467.jpg
Oxunub: 704     20:39     25 Noyabr 2024    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Ukraynadakı müharibəni və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər həmçinin terrorizmlə mübarizədə əməkdaşlığı və 2026-cı ildə Türkiyədə keçiriləcək NATO sammitini müzakirə ediblər.

***

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Onun xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə görüşəcəyi də gözlənilir.

Baş katibin Türkiyəyə səfərinin əsas məqsədi Şərqi Avropa və Yaxın Şərqdəki durumu müzakirə etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin