Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin dərc etdiyi bülletendə müdafiə işi ilə məşğul olan şirkətlərə, xüsusən də Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək verən şirkətlərə Rusiyanın Ukraynanın müttəfiqlərinə qarşı artan təhlükəsi qarşısında müdafiələrini gücləndirmək tövsiyə edilib.
Rəsmilər xəbərdarlıqda qeyd ediblər ki, Rusiyanın Avropadakı təxribat fəaliyyəti ABŞ şirkətlərinin xaricdə və potensial olaraq daxildə məruz qaldığı riski artırır.
ABŞ və Avropa kəşfiyyat rəsmiləri bildiriblər ki, Rusiya son vaxtlar Avropanın müdafiə şirkətləri, logistika obyektləri, ictimai xidmətlər və hərbi obyektləri hədəf alan bir çox təxribat aksiyaları həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az