Pentaqon Çinin PUA sürülərinə qarşı proqrama başlayıb

2024/11/1732522254.jpg
Oxunub: 546     19:37     25 Noyabr 2024    
ABŞ Müdafiə İnnovasiyaları Agentliyi Pentaqonun “Replicator” Pilotsuz Uçuş Aparatı (PUA) təşəbbüsü üçün proqram təminatının istehsalını həyata keçirəcək 7 şirkətlə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “Opportunistic”, “Resilient and Innovative Expeditionary Network Topology” və ya ORIENT və ACT kimi tanınan “Autonomous Collaborative Teaming” adlı şirkətlər Pentaqonun “Replicator” PUA sürüsü təşəbbüsünə qarşı yeni tədqiqatlar aparacaq.

Bundan əlavə, “Swarm Aero”, “Anduril Industries” və “L3Harris” hətta kommunikasiya və GNSS-dən məhrum olan mühitlərdə belə minlərlə heyətsiz aktivləri koordinasiya etmək üçün birgə missiya avtonomluq proqram təminatının çatdırılmasını nəzərdə tutan ACT səyləri ilə bağlı müqavilə imzalayıb.

Yeni proqram Çinin Tayvana mümkün müdaxiləsinin qarşısını almaq üçün PUA sürüsü təşəbbüsünə qarşı süni zəka proqramı hazırlayacaq.

Proqramın birinci mərhələsi üçün 2025-ci ilin avqust ayına qədər bütün sahələrdə minlərlə aşağı qiymətli və xərclənə bilən ekipajsız aktivlərin satın alınması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Çin   PUA  


Bizi "telegram"da izləyin