Ordu.az xəbər verir ki, Altınışık zirehli döyüş vasitələrinin çevrilməsi və tankların gələcəyinin müzakirə edildiyi proqramda əhəmiyyətli açıqlamalar verib.
O bildirib ki, əvvəlki nəsil “Pars” vasitələrində çox bəyənilən bir xüsusiyyət olub.
“Əvvəlki nəsil “Pars” vasitələrində çox bəyəndiyimiz bir xüsusiyyət var idi. Bu, komandir və sürücünün yan-yana oturaraq, periskoplar vasitəsilə ətrafı görməsi idi. Əlbəttə ki, bu strukturda güc qrupunu avtomatik olaraq geriyə köçürməlisiniz. Biz bu strukturda israr etdik, çünki əməliyyatlardan aldığımız rəylər bizə bu məlumatı verdi. Sürücü və komandirin öndə oturmalarında əsas məsələ bu idi: əməliyyata daxil olursan, ancaq güc qrupuna görə çox dar bir sahədə oturursan. Periskoplar vasitəsilə ətrafı araşdırırsan. Onsuz da döyüş meydanında lük açıla bilməz”, - deyə Altınışık qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az