Çin Xarici İşlər Nazirliyi Finlandiya Prezidentinə cavab verib

2024/07/1719993781.jpg
Oxunub: 272     11:56     03 İyul 2024    
Çin Xarici İşlər Nazirliyi Finlandiya Prezidenti Aleksandr Stubba cavab verib.

Ordu.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskvanın Pekindən asılılığından danışan Finlandiya Prezidentinə Rusiya və Çinin müstəqil dövlətlər olduğunu xatırladıb.

“Gəlin ondan başlayaq ki, Çin və Rusiya müstəqil böyük dövlətlərdir, Çin Ukrayna böhranının yaradıcısı deyil, onun tərəfi də deyil”, - Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, Pekin Ukrayna böhranı məsələsində Moskva ilə qarşılıqlı əlaqəni davam etdirəcək.

Qeyd edək ki, Finlandiya Prezidenti Çinin Rusiyaya bir telefon zəngi ilə Ukraynadakı münaqişəni həll edə biləcəyini bəyan edib. Onun fikrincə, Moskva Pekindən asılıdır və əgər Si Cinpin sülh danışıqlarına başlayın desə, o zaman Rusiya buna məcbur olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Finlandiya  


Bizi "telegram"da izləyin