Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfər günü müəyyənləşib

2024/07/1719994625.jpg
Oxunub: 142     12:08     03 İyul 2024    
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.

Bu barədə Ordu.az-a ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr-Türk-Cümhuriyyəti   Azərbaycan  


Bizi "telegram"da izləyin