İran rəsmisi: Rusiya ilə hərtərəfli əməkdaşlığa dair sazişin imzalanmasına maneə yoxdur

2024/06/1719384582.jpg
Oxunub: 150     10:37     26 İyun 2024    
İran rəsmisi Rusiya ilə hərtərəfli əməkdaşlığa dair sazişin imzalanmasına maneə olmadığını deyib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib.

O qeyd edib ki, İran ilə Rusiya arasında imzalanacaq hərtərəfli əməkdaşlıq haqqında sazişin məzmunu artıq hazırdır və bu istiqamətdə heç bir maneə :

“Fikrimcə, İran və Rusiya arasında imzalanacaq sazişin məzmunu artıq hazırdır, bununla bağlı hər hansı problem mövcud deyil. Belə düşünürəm ki, saziş yaxın vaxtlarda iki ölkənin rəhbəri tərəfindən imzalanacaq”.

Bu məsələyə toxunan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, rəsmi Moskva İranla hərtərəfli əməkdaşlığa dair sazişin tezliklə imzalanacağına ümid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin