Aleksey Overçuk: "Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır"

2024/01/1706503862.jpg
Oxunub: 207     17:31     25 İyun 2024    
Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır.

Ordu.az “News.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Primakov qiraətləri”ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva və Bakı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və digər layihələr üzrə uğurla əməkdaşlıq edirlər: “Biz Azərbaycanla münasibətlərin çiçəklənmə dövrünü yaşayırıq. Bir sıra maraqlı, o cümlədən sənayenin inkişafı ilə bağlı layihələrimiz var, buraxılış məntəqələrimizi birgə modernləşdirdik. Nəqliyyat vasitələrinin keçidi ilə bağlı işlər çox səmərəli şəkildə aparılır. Sərhəddə heç bir gecikmə yoxdur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin