"ATƏT deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir" - Lavrov

2024/03/65f35-1710445534.jpg
Oxunub: 186     16:01     25 İyun 2024    
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir.

Ordu.az rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ATƏT üzvlərinin əksəriyyətinin maraqlarını qoruyan təşkilat ola bilməyib.

"Biz Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamamilə deqradasiyasına və əslində Qərbin maraqlarına xidmət etməyə başlamasına baxmayaraq, bu təşkilatda necə əməkdaşlıq etdiyimizi söylədik. Lakin bu, Helsinki Yekun Aktından sonra ATƏT-in fəaliyyətinin əsasını təşkil edən bütün prinsipləri yenidən yazmaq və unutmaq cəhdlərinə qarşı daha effektiv mübarizə tələb edir", - Lavrov əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin