“Aİ müşahidəçilərinin fəaliyyəti effektiv deyil, vəziyyətin monitorinqi üçün lazım olan nəticələri təmin etmir” - Yevseyev

2024/05/1715673414.jpg
Oxunub: 261     16:38     25 İyun 2024    
“Atəşkəs rejiminin pozulması hallarının aradan qaldırılması üçün ikitərəfli mexanizm yaradılması o zaman tərəflər tərəfindən qəbul ediləcək ki, sərhədlərdə sülh bərqərar olunsun və yalnız anlaşılmazlıq janrında olan atəşkəs pozuntuları qeydə alınsın”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, tərəflər arasında birbaşa ünsiyyət razılaşdırılıb, bu da oxşar mexanizmdir, siyasi iradə olsaydı, faydalı olardı, amma belə deyil.

“Siyasi iradə olmadıqda, beynəlxalq mexanizmlər də faydasızdır, məsələn, Aİ-nin müşahidə missiyası, sadəcə olaraq mövcudluğu təmin edir, bəzən hətta vəziyyətə aydın qiymətləndirmələr vermir. Əgər çəkindirici rol oynaya biləcək və bu gün başqa mexanizmə ehtiyacı neytrallaşdıra biləcək heç bir qiymətləndirmə vermirsə, o mexanizmin nə faydası var?”, - deyə Yevseyev bildirib.

Yevseyev qeyd edib ki, Aİ müşahidəçilərinin fəaliyyəti effektiv deyil, vəziyyətin monitorinqi üçün lazım olan nəticələri təmin etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin